"Danimarka millisi əla komandadır" - Yaroslav Şilqavı

20:15 - 2 İyul 2021

"Start heyətdə kimlərin meydana çıxacağı 100 faiz bəlli deyil. Məşqdən sonra futbolçuların özlərini necə hiss etdiklərini görəcəyik".

Manset.az-ın məlumatına görə, bu fikirləri Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavı Bakıda Danimarkaya qarşı keçirəcəkləri Avropa çempionatının 1/4 final mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib.

60 yaşlı mütəxəssis rəqibin komanda şəklikdə oynadığını və bunun onların ən böyük gücü olduğunu bildirib: "Danimarkanın böyük ulduzları yoxdur, amma əla komanda qurublar. Bizə bənzər üslubda çıxış edirlər. Bu görüşdə bir səhv hər şeyi həll edə bilər".

Yığmanın kapitanı Vladimir Darida Danimarka seçməsinin güclü rəqib olduğunu söyləyib: "Özümüzü favorit olaraq görmürük, amma uğur qazanmaq istəyirik".

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin