Bakıda fəhlə binadan yıxılaraq ÖLDÜ

19:06 - 12 May 2022

Bakıda fəhlə binadan yıxılaraq ÖLDÜ

Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 29 yaşlı Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Manşet.az xəbər verir ki, prokurorluqdan bildirilib ki, ilkin məlumata görə, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan 2-ci mərtəbənin damına yıxılıb. 

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin