Azərbaycanda ana olan qadın 1 həftə sonra öldü

09:29 - 19 May 2022

Azərbaycanda ana olan qadın 1 həftə sonra öldü

Tovuzda yeni ana olmuş qadın vəfat edib.

 

Manset.az “Qafqazinfo”a istinadən xəbər verir ki, rayonun Dondar Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Şiranə Həsənova mayın 11-də Tovuz Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 35-36 həftəlik uşaq dünyaya gətirən qadın daha sonra halı pisləşdiyindən xəstəxanada saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, 1 həftə sonra – mayın 18-də günorta saatlarında Ş.Həsənova vəfat edib.

Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin