İranın XİN rəhbəri Ermənistana gedir

13:56 - 20 Oktyabr 2022

İranın XİN rəhbəri Ermənistana gedir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Ermənistana rəsmi səfər edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN yayıb. 

Məlumata görə, Abdullahian həmin gün erməni həmkarı Ararat Mirzoyanla görüşəcək. 

Abdullahianın Ermənistanın Baş naziri Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla da danışıqlar aparacağı planlaşdırılır.

Oktyabrın 21-i isə Abdullahian Qafanda İranın Baş konsulluğunun açılış mərasimində iştirak edəcək.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin