Azərbaycandan humanitar yardım aparan qatar Türkiyəyə yola düşdü

17:22 - 16 Fevral 2023

Azərbaycandan humanitar yardım aparan qatar Türkiyəyə yola düşdü

Azərbaycan xalqının Kahramanmaraşda zəlzələ qurbanları üçün topladığı humanitar yardım materiallarını daşıyan 25 konteynerdən ibarət qatar Bakıdan Türkiyəyə yola düşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Rövşən Rüstəmov, millət vəkilləri və vətəndaşlar Azərbaycanda türk iş adamlarının yaratdığı “Türkiyə Əsr Birlik və Həmrəylik Platforması” kampaniyasında toplanan paltar, adyal, quru qida və gigiyena materialları ilə dolu 25 konteynerdən ibarət qatarı yola salıblar.

Manşet.az


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin