VALİDEYİNLƏRİN DİQQƏTİNƏ! 48 saatadək... - VİDEO

21:32 - 16 Fevral 2023

VALİDEYİNLƏRİN DİQQƏTİNƏ! 48 saatadək... - VİDEO

Çöpçülərə müraciət ilə bağlı məsələyə münasibət birmənalı deyil.

 

Bununla belə, influenza virusunun geniş yayıldığı bu günlərdə uşaqlarda tez-tez virusa yoluxma halları baş verir. Bunun nəticəsi olaraq uşaqların hərarəti qalxır, onlarda iştahsızlıq yaranır. Bəzi valideynlər isə bunu "çöpqalma" hesab edirlər.

Ancaq həkim isə ciddi şəkildə xəbərdarlıq edir. Bildirilir ki, yanlış müdaxilə boğulma ilə nəticələnə bilər.

Digər tərəfdən, çöpçünün müdaxiləsi də əlavə infeksiyaya səbəb ola bilər.

Həkim-pediatr Lalə Nurməmmədova deyir ki, influenza virusuna yoluxan xəstənin temperaturu 39-40 dərəcəyədək yüksələ və qızdırma 48 saatadək davam edə bilər. Bu vəziyyətdə çıxış yolu uşağa bol maye qəbul etdirmək, əgər keçməzsə, mütəxəssisə müarciət etməkdir.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin