İstanbulda gəmi qayıqla toqquşdu - ölənlər var

20:49 - 17 İyun 2021

İstanbulda gəmi qayıqla toqquşdu - ölənlər var

Türkiyənin İstanbul şəhərində Sultan Səlim Körpüsünün altında “AS ROSAILA” adlı ticarət gəmisi balıqçı qayığı ilə toqquşub.

Manşet.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, nəticədə, qayıq batıb.

Qəza 16:00 radələrində baş verib. Əraziyə xilasedicilər cəlb edilib. Qayıqda olan üç nəfərdən biri hadisə yerində, biri xəstəxanada həyatını itirib. Bir nəfərin isə həyatını xilas etmək mümkün olub.



Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin