“Azərbaycanla İsrail arasında tərəfdaşlıq uğurla inkişaf edir” - Prezident

00:10 - 18 Fevral 2023

“Azərbaycanla İsrail arasında tərəfdaşlıq uğurla inkişaf edir” - Prezident

“Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir”. 

 

Manset.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münxendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmitlə görüşdə bildirib. 

Dövlətimizin başçısı Azərbaycanın İsraildə səfirliyinin açılmasının bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. 

Avropa Ravvinləri Konfransının prezidenti Azərbaycan ilə İsrail arasında əlaqələrin hərtərəfli inkişafının məmnunluq doğurduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi icmalarının da bu əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.  


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin