Laçındakı erməni təxribatı ilə bağlı cinayət işi açıldı

11:46 - 12 Aprel 2023

Laçındakı erməni təxribatı ilə bağlı cinayət işi açıldı

Dünən Laçın istiqamətində baş verən erməni təxribatı ilə bağlı cinayət işi başlanıb.

 

Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev Manset.az-a bildirib ki, 11 aprel 2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələrlə əlaqədar Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb:

"Təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk".


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin