"Messidən sonra ən yaxşı futbolçu ilə tanış oldum" - Qvardiola

18:22 - 5 Mart 2024

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola maraqlı açıqlama verib.

 

Manset.az  xəbər verir ki, təcrübəli mütəxəssis yarımmüdafiəçisi Fil Fodeni sabiq futbolçusu Lionel Messi ilə müqayisə edib:

“Yaxşı oyunçular yaxşı oynaya bilər, lakin matçlarda qalib gəlməlidirlər. Bu günlərdə Messidən sonra ən yaxşı oyunçu ilə tanış oldum. O, bütün oyunlarda qalib gələ bilər. Onları müqayisə etmək istəmirəm, çünki Fill Leo səviyyəsində deyil. Lakin o, qalib gəlməyi bacarır”.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm "Siti" formasıyla meydana çıxdığı 40 oyunda 18 qol vurub, 10 məhsuldar ötürmə edib. ///Publika.az


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin