Uşaqlar da koronavirusdan peyvənd edilməlidir - ÜST

08:32 - 24 İyun 2021

Uşaqlar da koronavirusdan peyvənd edilməlidir - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib.

Manset.az xəbər verir ki, bu barədə ÜST-ün saytında dərc edilmiş tövsiyələrdə bildirilir.

Sənədə əsasən uşaqlar COVID-19 riski olan qrupda deyilsə, peyvənd kampaniyası tədricən olmalıdır. Vaksinasiyada əsasən yaşlılara, xroniki xəstəlikləri olanlara və səhiyyə işçilərinə üstünlük verilməlidir.

Qeyd edilir ki, uşaqlar və yeniyetmələr böyüklərdən fərqli olaraq, COVID-19-u bir qayda olaraq, yüngül formada keçirirlər.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin