"Delta" İrana çatdı - Ehtiyyatlı olun!

07:57 - 30 İyun 2021

İranda 10-dan çox şəxsdə koronavirusun “Delta” ştammı aşkarlanıb.

Manset.az  xəbər verir ki, bunu ISNA-ya açıqlamasında Məşhəd Tibb Elmləri Universitetinin rektor müavini Mehdi Kelyan deyib.

“Təəssüf ki, dünən axşam Məşhəddə 10-dan çox “Delta” ştammına yoluxma müəyyənləşdirildi”, - o qeyd edib.

O bildirib ki, testlər təhlil olunması üçün paytaxt Tehrana göndərilib:

“Sözügedən yoluxmaların “Delta” ştammı olduğundan əminik, ancaq yekun rəy Tehran tərəfindən verilməlidir”.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin