Prezidentin jurnalistlərlə maraqlı dialoqu: “Çoxlarınız “kokeyşn büro” haqqında fikirlər gözləyirdiniz”-VİDEO

09:18 - 19 Fevral 2023

Prezidentin jurnalistlərlə maraqlı dialoqu: “Çoxlarınız “kokeyşn büro” haqqında fikirlər gözləyirdiniz”-VİDEO

“Çoxlarınız “kokeyşn büro” haqqında fikirlər gözləyirdiniz”.

 

Manset.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident bildirib: “Əlbəttə, çoxlarınız mən bilirəm ki, “kokeyşn büro” haqqındda bəzi fikirlər gözləyirdiniz, yaxşı ki, bu olmadı.

Amma yenə də səmimiyyət nöqteyi-nəzərdən hesab edirəm ki, daha da, necə deyərlər, dolğun bir mənzərə yarana bilərdi.

Çünki bilirsiniz, bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik”.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin