Laçın və Kəlbəcər yaylaqlarına köç etmək istəyənlərin nəzərinə

19:18 - 11 Aprel 2023

Laçın və Kəlbəcər yaylaqlarına köç etmək istəyənlərin nəzərinə

Kənd Təsərrüfatı Nazirliyi Laçın və Kəlbəcər yaylaqlarına köçlə əlaqədar məlumat yayıb. 

 

Manset.az nazirliyin məlumatını təqdim edir:

Laçın və Kəlbəcər rayonlarına köç Şərqi Zəngəzur və Qarabağ İqtisadi rayonlarının fermerləri üçün nəzərdə tutulmuşdur.
Köç portal vasitəsilə (koc.eagro.az) həyata keçiriləcəkdir.
Arı ailəsinin sayı - 40 və daha artıq.
Xırdabuynuzlu heyvanların sayı - 200 baş və daha artıq.
Köç edəcək arı ailələri identifikasiya nömrəli və EKTİS-də qeydiyyatda olmalıdır.
Köç edəcək fermerlər təsərrüfatın yerləşdiyi rayon üzrə DAİM-ə müraciət etməlidir.
 

İşçi sayına məhdudiyyətlər

Arı ailəsi üçün

40-80 arı ailəsi üçün – Qrup rəhbəri və 5 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)

81-120 arı ailəsi üçün – Qrup rəhbəri və 7 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)

120+ arı ailəsi üçün – Qrup rəhbəri və 9 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)
 

Xırdabuynuzlu heyvanlar üçün

İribuynuzlunun sayı xırdabuynuzlunun sayının1/10-dən çox olmamalıdır.

XBH 200-350 baş üçün Qrup rəhbəri və 5 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)

XBH 351-500 baş üçün Qrup rəhbəri və 6 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)

XBH 501-650 baş üçün Qrup rəhbəri və 7 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)

XBH 651-800 baş üçün Qrup rəhbəri və 8 nəfər köməkçi, 3 ədəd nəqliyyat vasitəsi (2 nəfər köməkçini əvəzləyə bilər)

XBH 801-950 baş üçün Qrup rəhbəri və 9 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)

XBH 951-1100 baş üçün Qrup rəhbəri və 10 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)

XBH 1101-1250 baş üçün Qrup rəhbəri və 11 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)

XBH 1251-1400 baş üçün Qrup rəhbəri və 12 nəfər köməkçi, 4 ədəd nəqliyyat vasitəsi (3 nəfər köməkçini əvəzləyə bilər)

XBH 1401-1500 baş üçün Qrup rəhbəri və 13 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)

XBH 1551-1700 baş üçün Qrup rəhbəri və 14 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)

XBH 1701-1850 baş üçün Qrup rəhbəri və 15 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)

XBH 1851-2000 baş üçün Qrup rəhbəri və 16 nəfər köməkçi, 5 ədəd nəqliyyat vasitəsi (4 nəfər köməkçini əvəzləyə bilər)

XBH 2001-2500 baş üçün Qrup rəhbəri və 18 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər)

XBH 2501-3000 baş üçün Qrup rəhbəri və 20 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər)

XBH 3000+ baş üçün Qrup rəhbəri və 22 nəfər köməkçi, 6 ədəd nəqliyyat vasitəsi (5 nəfər köməkçini əvəzləyə bilər)

Yaylaqlara köçlə əlaqədar fermerlər qarşısında qoyulan əlavə şərtlər:

 

Heyvanların yaylağa köçürülməsindən əvvəl çimizdirilmə qəbzinin köç portalına yüklənməsi;
 

DAİM və HSBXİ-nin birgə məlumat vərəqəsinin portala yüklənməsi; (məlumat vərəqəsi əlavə olunur)

Təsərrüfatın təyinat nöqtəsinə nəqliyyat vasitəsi ilə daşınması;

Helmintozlara qarşı (qurd xəstəliklərinə) tədbirlərin aparılması.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin