İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
21 May 2024
18:08 - 12 Aprel 2023
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutundakı vəziyyətlə bağlı məsələyə aydınlıq gətirib.
Manset.az xəbər verir ki, Nazirlikdən APA-ya bildirilib ki, məsələ nəzarətdədir.
"Dendrologiya İnstitutunun hüquqi statusuna edilən müvafiq dəyişiklikdən sonra qurumun bütün əmədaşlarının əməkhaqqıları vaxtında ödənilir. Dendrologiya İnstitutuna yeni ərazinin ayrılması Nazirlik tərəfindən hazırda müzakirə olunur və yaxın vaxtda problem həllini tapacaq" - deyə cavabda bildirilib.
Qeyd edək ki, Dendrologiya İnstitutunun bir qrup əməkdaşı Dendrologiya bağında təmir işləri aparılan zaman bütün bazanın məhv edildiyini iddia ediblər. Avadanlıqların əllərindən alınacağı barədə təhdidlər aldıqlarını qeyd ediblər. Bildirilib ki, Dendrologiya İnstitutunda Azərbaycanın təbii florası üzrə elmi tədqiqat işlərinin yerinə yetirilməsində əldə olunmuş nailiyyətlərlə bərabər, gələcək fəaliyyətində, elmi tədqiqat işlərinin davam etdirilməsi üçün institutun balansında olan əmlakın və eyni zamanda, tədqiqat işləri üçün laboratoriya avadanlıqlarının institutun öz balansında qalmasına və digər münasibətlərin hüquqi tənzimlənməsinə yardım göstərilməsinə ciddi ehtiyac var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin