Eli Kohenin Azərbaycana səfəri başa çatdı

22:17 - 19 Aprel 2023

Eli Kohenin Azərbaycana səfəri başa çatdı

İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycana səfəri başa çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə Eli Kohen tvitter hesabında məlumat yayıb.

"Azərbaycana uğurlu səfərimin sonunda dostum, xarici işlər naziri Ceyhun Bayramova səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. İki həftə əvvəl Azərbaycanın İsraildəki səfirliyinin açılışına gələndə mən onu Yerusəlimdə qəbul etmişdim və bu gün görüşümüzdə biz ölkələrimiz arasında əlaqələrin gücləndirilməsinin davam etdirilməsi, təhlükəsizlik, iqtisadiyyat, təhsil, kibertexnologiyalar sahəsində əməkdaşlığın təşviqi barədə müzakirələr apardıq. Bu, strateji əhəmiyyət kəsb edən ölkələr arasında münasibətlərdə yeni dövrdür. İndi mən İsrail səfirliyinin açılışı üçün Türkmənistana tarixi səfərə gedirəm", - deyə XİN başçısı qeyd edib.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin