“Azərişıq” yeni sərhəd-buraxılış məntəqəsini işıqla təmin etdi - VİDEO

09:18 - 24 Aprel 2023

“Azərişıq” yeni sərhəd-buraxılış məntəqəsini işıqla təmin etdi - VİDEO

Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırılıb.

 

Bu barədə Manset.az-a “Azərişıq” ASC-dən deyilib.

Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi "Azərişıq" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib. 

 


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin