Ramiz Məlik dəfn olundu - YENİLƏNDİ (VİDEO)

14:55 - 14 Dekabr 2023

Ramiz Məlik dəfn olundu - YENİLƏNDİ (VİDEO)

Azərbaycanın Xalq artisti Ramiz Məlik dəfn olunub.

Manset.az “Report”a istinadən xəbər verir ki, mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.

14:31

Azərbaycanın Xalq artisti Ramiz Məlik ilə vida mərasimi başa çatıb.

Manset.az “Report”a istinadən xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün ll Fəxri xiyabana aparılır.

Qeyd edək ki, Bakıdakı Heydər məscidində keçirilən mərasimdə mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

12:55

Mərhum Xalq artisti Ramiz Məlik ilə Heydər Məscidində vida mərasimi keçirilir.

Manset.az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edirlər.//oxu.az

10:44

Xalq artisti Ramiz Məliklə vida mərasimi yaxınlarının istəyi ilə bu gün Heydər Məscidində baş tutacaq.

Manset.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Vida mərasimi saat 13:00-da başlayacaq.

Bildirilib ki, Xalq artisti vida mərasimindən sonra İkinci Fəxri xiyabanda dəfn olunacaq.

08:53

Azərbaycanın Xalq artisti Ramiz Məlik vəfat edib.

Manset.az xəbər verir ki, bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşıb.

Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Tanınmış teatr və kino aktyoru R.Məlik bir müddət idi ki, səhhətində yaranan problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. 

Qeyd edək ki, bu ilin avqustunda 80 yaşı tamam olan aktyora Prezident İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilmişdi. O, eyni zamanda “Şöhrət” ordeni ilə təltif olunmuşdu. 

Allah rəhmət eləsin!


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin