Hakan Fidan Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

14:46 - 14 Dekabr 2023

Hakan Fidan Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

 

Manset.az xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn Hakan Fidan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan “Türk şəhidliyi” abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.







Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin