“Heydər Əliyev İli” ilə əlaqədar olaraq tədbir keçirildi - FOTOLAR

15:30 - 14 Dekabr 2023

“Heydər Əliyev İli” ilə əlaqədar olaraq tədbir keçirildi - FOTOLAR

“Heydər Əliyev İli” ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatı və “A.M.Şərifzadə küç.762” ünvanı üzrə (Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası) ərazi partiya təşkilatı ilə birgə tədbir keçirilib.

 

Manset.az xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, “91-lər”dən biri Sudeyf İmamverdiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri Musa Quliyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yasamal rayon təşkilatının və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının əməkdaşları, ərazi üzrə Partiya təşkilatının üzvləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən əvvəl Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı ziyarət olunub, önünə tər gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə ulu öndər Heydər Əliyevin uğurlu həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

Tədbiri giriş sözü nitqi ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev tədbirin baş tutmasının səbəbinin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gəlməsini bildirib. Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində əsası qoyulan siyasi kurs bu günkü dinamik sosial-iqtisadi yüksəlişin, inkişafın təməl daşını təşkil edir. Bu siyasi kursa sadiqlik və onun inkişaf etdirilməsi nəticəsində Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlərə imza atdı.

Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü, “91-lər”dən biri Sudeyf İmamverdiyev tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyib. Qeyd olunub ki, Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu gün ulu öndər Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib. Ulu [ndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. O, ulu öndər Heydər Əliyev siyasətinin  Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində ölkəmizin tarixi uğurlara və Zəfərlərə imza atdığını vurğulayıb.

Çıxış edən Milli Məclisin deputatı Musa Quliyev qeyd edib ki, görkəmli dövlət xadimi, fenomen siyasətçi, uzaqgörən Lider Heydər Əliyevin xalqımız qarşısındakı ölməz, əbədiyaşar xidmətləri çoxdur ki, onlardan ən əsası müasir müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlini qoymasıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Mahir diplomat və böyük idarəçilik ustadı olan ümmumilli lider Heydər Əliyevin idarəçilik məktəbini ən zərif incəliklərinə qədər öyrənən Prezident cənab İlham Əliyev dövlətin sosial-iqtisadi inkişafı sahəsində, cəmiyyətin demokratikləşdirilməsində və həmçinin beynəlxalq münasibətlərdə özünə məxsus Azərbaycan nümunəsi formalaşdırmağa nail olmuşdur. Azərbaycanın uğurlarda və Zəfərlərdə ulu öndər Heydər Əliyevin imzasının olduğunu, ona görə də Ulu öndərin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərinin minnətdarlıq hissi ilə xatırlandığını diqqətə çatdırılıb.

Çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir.

Tədbirin sonunda Yeni Azərbyacan Partiyasının Himni səsləndirilib



Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin