Deputatın səhhətində problem yaranıb, yeriyə bilmir: "3 dəfə əməliyyat olunsam da..."

15:57 - 14 Dekabr 2023

Deputatın səhhətində problem yaranıb, yeriyə bilmir:

Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sabiq sədri Eldar İbrahimovun səhhətində ciddi problem yaranıb. 

 

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir, deputat belindəki ağrılar səbəbindən artıq yerimək qabiliyyətini də itirib və vəziyyəti ağırdır. 

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən deputat səhətində yaranan problemləri təsdiqləyib: 

"Belimdə güclü ağrılar var, müalicə alsam da, təsiri yoxdur. Son bir ildə 3 dəfə əməliyyat olunmuşam. Yaxşı olanda əsayla, ağrılarım çox olanda evdəkilərin köməkliyi ilə hərəkət edirəm. Hazırda özüm sərbəst yeriyə bilmirəm. Belimdə qığırdaqlarda ciddi porblem var, sinirlər sıxılır. Həkimlər müəyyən vaxtdan sonra yenidən əməliyyata girməyimi tövsiyyə edirlər. Görək də necə olacaq..."


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin