Evlənənlər azalıb - Boşananlar artıb

13:51 - 15 Dekabr 2023

Evlənənlər azalıb - Boşananlar artıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində 44643 nikah və 17988 boşanma halları qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin