Bakıda tramvay xəttlərinin qurulması nəzərdə tutulub - VİDEO

14:51 - 15 Dekabr 2023

Bakıda tramvay xəttlərinin qurulması nəzərdə tutulub - VİDEO

İşğaldan azad edilmiş doqquz şəhərdən yeddisinin Baş planı hazırdır.

 

Manset.az Xəzər TV-yə istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, ilkin mərhələdə bərpa olunacaq 83 kənddən 66-nın, səkkiz qəsəbədən altısının şəhərsalma əsaslandırması işlərinin böyük hissəsi yekunlaşıb.

Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə isə bildirib ki, Bakının Baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub.

Baş memar sovet dönəmində tikilən binaların sökülməsi məsələsinə də aydınlıq gətirib.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin