ADRA-nın layihəsi əsasında qəbul olunmuş yeni qərar Bakının reklam simasına gözəllik gətirəcək

16:59 - 15 Dekabr 2023

ADRA-nın layihəsi əsasında qəbul olunmuş yeni qərar Bakının reklam simasına gözəllik gətirəcək

“Yaxın gələcəkdə paytaxtın açıq məkanda reklam simasına yeni nəfəs gələcək”.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri Aydın İbadov yeni qüvvəyə minmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına Texniki Tələblər”də dəyişiklik edilməsi haqqında qərar barədə mediaya açıqlamasında bildirib.

Layihənin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşü və təhlükəsiz istismarına nəzarəti təkmilləşdirmək, onların yenilənən şəhər infrastrukturu ilə ahəngini təmin etmək məqsədilə hazırlandığını bildirən İdarə Heyətinin sədri A.İbadov onun beynəlxalq təcrübədən yararlanaraq ərsəyə gəldiyini vurğulayıb.

O qeyd edib ki, Bakı şəhəri ərazisində tarixi, mədəni, memarlıq dəyərə malik binaların çoxluğu, müasir estetik görünüş və təhlükəsizlik üzrə kompleks tələblərin həyata keçirilməsinin vacibliyi əsas tutularaq, layihənin ilkin olaraq paytaxtda tətbiqi qərara alınıb. Sahibkarların fəaliyyətinə çətinlik yaratmamaq məqsədilə qərarın icrası mərhələli şəkildə həyata keçiriləcək.

Agentliyin İdarə Heyətinin sədri bildirib ki, paytaxtımızın yeni reklam siması sakinlər və şəhərimizin qonaqlarının zövqünü oxşayacaq


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin