Eduard Məmmədov sevgilisinin ad günündə - VİDEO

12:58 - 16 Dekabr 2022

Eduard Məmmədov sevgilisinin ad günündə - VİDEO

Kikboks üzrə 26 dəfə dünya çempionu olan Eduard Məmmədov stilist Şəhanə Mehrəliyeva ilə sevgilidir.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, stilistin ötən gün keçirilən ad günündə iştirak edib. 

Bununla bağlı görüntüləri Ş.Mehrəliyeva özü sosial şəbəkə hesabında paylaşıb. Həmin görüntülərdə idmançının içkili halda rəqs etməsi də diqqət çəkib. 

Stilist eyni zamanda E.Məmmədovun ona bağışladığı bahalı hədiyyənin də fotosunu paylaşıb. 

Qeyd edək ki, Eduard Məmmədov Daxili İşlər Nazirliyinin polis polkovnik-leytenantıdır və nazirliyin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsini icra edir. 

O, bir dəfə ailəli olub və boşanıb, əkiz övladları var. 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin