BMT-dən Türkiyə üçün 1 milyard dollarlıq humanitar yardım çağırışı

21:01 - 16 Fevral 2023

BMT-dən Türkiyə üçün 1 milyard dollarlıq humanitar yardım çağırışı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə zəlzələdən zərər çəkənlərə 1 milyard dollarlıq humanitar yardım göstərməyə çağırıb.

 

Manset.az Anadolu Ajansına istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş əsrin ən böyük zəlzələsindən zərər çəkən türk xalqına humanitar yardım çağırışı edib.

Maliyyə bölgüsünü üç aylıq bir müddətə yayılacağını və hökumətin həyata keçirdiyi işlərə yardım təşkilatlarının töhfəsini sürətləndirməyi hədəflədiyini bildirən Quterreş, qida, təhlükəsizlik, təhsil, layihələri ilə y,2 milyon insana yardım ediləcəyini bildirib;

“Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edən və illərdir suriyalı qonşularına çox səxavətli olan ölkədir”.

Quterreş dünyada kömək istəyənlərlə həmrəylik nümayiş etdirən türk xalqını dəstəkləməyin vaxtının gəldiyini əlavə edərək bildirib ki, bu gün BMT-dən zərər çəkən türk xalqı üçün 1 milyard dollarlıq humanitar yardım çağırışı başlayır.

Jalə

Manşet.az


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin