Sabahdan bu yol 4 günlük bağlanır - XƏBƏRDARLIQ

15:36 - 14 Dekabr 2023

Sabahdan bu yol 4 günlük bağlanır - XƏBƏRDARLIQ

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu km-də (“Gənclik” parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar 15 dekabr saat 08:00-dan 19 dekabr saat 22:00-dək  işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır. 

 

Manset.az xəbər verir ki, əks istiqamət üzrə təmir işləri müddətində avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq.

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin