Ronaldoya tribunadan hücum - FOTOLAR

14:58 - 24 İyun 2021

Ronaldoya tribunadan hücum - FOTOLAR

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo  Avro-2020-nin qrup mərhələsinin son turunda Fransa ilə oyunda (2:2) tribunadan hücuma məruz qalıb.

 

Manset.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən görüşdə dubla imza atan 36 yaşlı hücumçuya vurduğu qolların birindən sonra tribunadan bir şüşə "Coca-Cola" da daxil olmaqla, yad əşyalar atılıb. Ronaldo ona atılan qazlı içki qabından yayınmağı bacarıb.

Xatırladaq ki, Ronaldo Avro-2020-dəki mətbuat konfranslarından birində  Coca-Cola butulkasını kənara itələyib, əvəzinə bir şüşə su içməyi təklif edib.



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin