Mbappe penaltini vura bilmədi, Fransadan şok məğlubiyyət - Yenilənib

08:46 - 29 İyun 2021

Mbappe penaltini vura bilmədi, Fransadan şok məğlubiyyət - Yenilənib

Bu gün Avro-2020-də daha bir 1/8 final matçı keçiriləcək.

Manset.az xəbər verir ki, turnirin əsas favoritlərindən olan Fransa İsveçrə ilə qarşılaşacaq.

AÇ-2020 1/8 final

Fransa - İsveçrə

***

Matç başladı. 

***

İsveçrə hesabı açır. Haris Seferoviç 15-ci dəqiqədə fərqlənir.

***

İkinci hissə başladı. 

***

İsveçrə penaltidən yararlana bilmir. Rodrigez 55-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini boşa verir. Uqo Lloris penaltini dəf edir

***

Kərim Benzema 57-ci dəqiqədə oyunda tarazlığı bərpa edir

***

Kərim Benzema 59-cu dəqiqədə dubl edərək hesabı Fransanın xeyrinə dəyişir

***

Pol Poqba 74-cü dəqiqədə hesabı 3:1 edir. 

***

Səfəroviç 81-ci dəqiqədə hesabı 3:2 edir. 

***

Qavranoviç 90+3-cü dəqiqədə hesabı 3:3 edir

***

90 dəqiqə başa çatdı. Əlavə hissələr oynanılacaq. 

***

Əlavə olunmuş ilk hissə başladı

***

Əlavə olunmuş ilk hissə başa çatdı

***

İkinci 15 dəqiqə başladı

***

Əlavə olunmuş hissələr başa çatdı. Qalib penaltilərlə müəyyənləşəcək. 

***

İsveçrə penaltilərdə 5:4 hesabı ilə qalib gələrək 1/4 finala adladı

***

Fransa millisində Kilyan Mbappe penaltini qola çevirə bilmir


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin