İşıqla bağlı qərar əhaliyə aid deyil - Tarif Şurası

19:29 - 30 İyun 2021

İşıqla bağlı qərar əhaliyə aid deyil - Tarif Şurası

Azərbaycan Respublikası Tarif (qiymət) Şurası 30.06.2021-ci il tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirib.

Manset.az  Modern.az-a  istinadən xəbər verir ki, Şuradan verilən məlumata görə, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur:

"Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib".


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin