Bu il məhkum olunan 2800-dən çox şəxsə elektron qolbaq taxıldı

21:03 - 30 İyun 2021

Bu il məhkum olunan 2800-dən çox şəxsə elektron qolbaq taxıldı

Birinci yarımildə 128 minə yaxın vətəndaşlıq vəziyyəti aktları, 53 400-dən çox doğum, habelə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox - 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb.

Manset.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində görülmüş işlərə və dövlət başçısının tapşırıqlarının icrasına həsr olunan kollegiya iclasında qeyd edilib.

Bildirilib ki, eyni zamanda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 345 mindən çox icra sənədinin icrasının təmin edildiyi və 300 milyonadək vəsaitin ödətdirildiyi bildirilib.

Cari ildə həmçinin azadlığın məhdudlaşdırılması və digər alternativ cəzalara məhkum olunmuş şəxslərə 2 800-dən çox elektron qolbaq tətbiq edilib, həmin cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi məqsədilə Bakı şəhər probasiya idarəsi yaradılaraq fəaliyyətə başlayıb", - kollegiyada vurğulanıb.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin