Kamran Əliyev 2 ölkənin Baş prokuroru ilə görüşdü - FOTOLAR

14:41 - 16 Dekabr 2022

Kamran Əliyev 2 ölkənin Baş prokuroru ilə görüşdü - FOTOLAR

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistana səfərə gedib. 

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, Kamran Əliyev səfər zamanı Tacikistanın Baş prokuroru Yusuf Raxmonla görüşüb. Görüş zamanı 2023-2024-cü illər ərzində prokurorluqlar arasında Əməkdaşlıq Proqramı imzalanıb.

Səfər çərçivəsində Tacikistanın Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Maliyyə Nəzarəti Agentliyinin direktoru Süleymon Sultonzode ilə ikitərəfli görüş keçirilib. Baş prokuror ölkəmizdə bu sahədə görülmüş tədbirlər barədə geniş məlumat verib. Həmçinin, qurumlararası əməkdaşlığın genişlənməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə korrupsiyaya qarşı mübarizə sahəsində Əməkdaşlıq haqqında Razılaşma imzalanıb.

Kamran Əliyev həmçinin Tacikistanda işgüzar səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müaciblə görüşüb, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.





Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin