Kəlbəcərdə qəza: Xəsarət alan var

23:59 - 15 Fevral 2023

Kəlbəcərdə qəza: Xəsarət alan var

Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Manset.az-a bildirib ki, polis əməkdaşları dərhal hadisə yerinə gedərək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, yük maşını idarəetməni itirərək aşıb, nəticədə sürücü yüngül bədən xəsarətləri alıb.

Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin