"Bakıda müəllimlərin işə qəbulunda rəqabət olduqca yüksəkdir" - Nazir

10:25 - 18 İyun 2021

“Bu gün 60 mindən çox namizəd müəllim olmaq üçün qeydiyyatda keçib. Bundan təxminən 8000-ə yaxın vakant yer üçün müəllim seçmək rəqabətlilik deməkdir. Rəqabət olan yerdə də inkişaf olur”.

Manşet.az  xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Bakı şəhəri üzrə rəqabət olduqca yüksəkdir və bu, təbiidir: “Seçim kriteriyaları daha çox məktəb və gələcək reallıqlara istiqamətə yönəldilməlidir. Bu il pandemiya ilə əlaqəli çox dəyişikliklər edilmədi və yeniliklərə meyl olunmadı. Çalışırıq ki, seçim zamanı rəqabəti təmin edək. Zaman keçdikcə sulların məzmunu və əhatəliyi artır”.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin