Bakının bu rayonunda qaz kəsiləcək

18:40 - 26 Aprel 2024

Bakının bu rayonunda qaz kəsiləcək

Nəsimi rayonunun A.Bakıxanov küçəsi ilə A. Qurbanov küçəsinin kəsişməsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv edilməsi məqsədi ilə 26.04.2024-cü il saat 23:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

 

Bu barədə Manset.az-a  “Azəriqaz” İB-dən bildirilib.

Qeyd olunub ki, təmir-bərpa işləri aparılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, N.Yusifbəyli, A.Bakıxanov, N.Vəzirov, H.Sarabski, Mərdanov Qardaşları, H. Ələsgərov, A.Nəsibov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin