İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

11:19 - 12 Aprel 2023

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Aprel ayının 11-də saat 20:50-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 500 qram narkotik vasitənin və 2890 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınmışdır.

 

Bu barədə Manset.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin