Nigeriyalı uşaq Sabirabadda öldü

17:23 - 15 Dekabr 2023

Nigeriyalı uşaq Sabirabadda öldü

Cari ilin avqustun 5-də Nigeriya Respublikası vətəndaşı Osabuohien Glory Abiesin “Sabirabad RMX” PHŞ-nın Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

 

Manset.az "Unikal"a istinadən xəbər verir ki, aparılmış araşdırmalarla qeyd olunan xəstəxananın həkimləri tərəfindən doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin icra edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun diaqnoza uyğun düzgün seçilməməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində uşağın doğuşdan bir gün sonra ölməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin