"Şaxtyor" UFA-nın tələbinə məhəl qoymadı

07:44 - 6 Mart 2024

Donetsk "Şaxtyor"unun rəsmi saytı Bosniya və Herseqovina ilə oyun üçün Ukrayna millisinə çağırış alan futbolçuların siyahısını dərc edib.

 

Manset.az  "Football Hub"-a istinadən xəbər verir ki, bununla da "mədənçilər" Ukrayna Futbol Assosiasiyasının tələbinə məhəl qoymayıblar.

Mənbənin məlumatına görə, Donetsk klubu Sergey Rebrov tərəfindən Ukrayna millisinə kimin çağırıldığını assosiasiyanın mətbuat xidmətindən öncə açıqlamamalı olduğu halda, buna riayət etməyiblər. 
 
Artıq UFA-nın saytı məsələyə reaksiya verib: "Martın 5-də UFA klublara mart matçları üçün milli komandaya çağırılan futbolçuların siyahısı ilə məktublar göndərib. Lakin assosiasiya klub mediasından “mavi-sarı” heyət rəsmi elan olunana qədər bu məlumatları öz resurslarında dərc etməməyi xahiş edib”. 

Qeyd edək ki, baş məşqçi Sergey Rebrovun çağırdığı 27 futbolçu arasında “Şaxtyor”u 6 futbolçu təmsil edir: müdafiəçilər Nikolay Matvienko, Valeriy Bondar, Yefim Konoplya, yarımmüdafiəçilər Aleksandr Zubkov, Georgi Sudakov və hücumçu Daniil Sikan. ///Fanat.Az


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin