Bu dünya çempionatı Bakıda baş tutacaq
21 May 2024
10:39 - 18 Aprel 2024
ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb.
Onun sözlərinə görə, ABŞ 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və bölgədə rusiyalı sülhməramlıların yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi olmayıb: “Rusiyalı hərbçilərin daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyinə işarə edən heç nə görməmişik. ABŞ Ermənistan və Azərbaycanın sülhə nail olmaqla bağlı səylərini qətiyyətlə dəstəkləyir və bu prosesə töhfə verməyə hazırdır”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin