Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

09:54 - 19 May 2022

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin