Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Bundan sonra... - VİDEO

09:58 - 12 Aprel 2023

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Bundan sonra... - VİDEO

Sürücülük vəsiqələrinin verilməsi qaydasına dəyişikliklər gözlənilir. Bunlardan biri sınaq mərhələsi layihəsidir.

 

Manset.az xəbər verir ki, təklif olunan dəyişiklik təcrübəsiz sürücülər üçün nəzərdə tutulub.

Nəqliyyat üzrə ekpert Elməddin Muradlı aztv-yə açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində yeni sürücülük vəsiqəsi alanlarla bağlı bu təcrübəyə keçid edilib:

"Bu şəxslərə sınaq müddəti verilir. Həmin müddət ərzində kobud qayda pozuntularına yol verirsə, onun sürücülük hüququ məhdudlaşdırılır. Bundan sonra o, yenidən imtahan və digər prosedurlara cəlb edilir".


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin