Azərbaycanlı müğənni vəfat etdi - VİDEO

14:40 - 6 Yanvar 2024

Azərbaycanlı müğənni vəfat etdi - VİDEO

90-cı illərin məşhur "Təbriz" estrada qrupunun rəhbəri, müğənni Vüqar Yusubov vəfat edib.

 

Manset.az Azpost.info-ya istinadla bildirir ki, bu barədə yazıçı Şəhriyar Del Gerani məlumat verib.

Vüqar Yusubov 80-ci illərin sonunda azərbaycanlı milyoner Cənnət Əliyevin Rusiyada yaratdığı "Təbriz" qrupunun başçısı olub. Qrupun ifa etdiyi "Təbriz" mahnısı öz dövrünün hit mahnısı idi.

Vüqar Yusubov daha sonra fəaliyyətini Azərbaycanda davam etdirib.

Allah rəhmət eləsin!



Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin