Saatlıda balıq tutan 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

12:16 - 26 Mart 2024

Saatlıda balıq tutan 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Saatlı rayonunda balıq tutan 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qaranuru kənd sakini, 1987-ci il təvəllülü Səmədov Amil Müzəffər oğlu sözügedən kənd ərazisinə tilovu kanala atarkən tiliov 10 min kilovoltluq elektrik xəttinə toxunub. Nəticədə balıqçını elektrik cərəyanı vuraraq öldürüb.

Həmin əraziə balıq ovlayarkən bir neçə dəfə belə halların olduğu bildirilir.

Faktla bağlı araşırma aparılır.//Report


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin