KTMT Ermənistanla bağlı iclas keçirəcək

17:05 - 20 Oktyabr 2022

KTMT Ermənistanla bağlı iclas keçirəcək

“Hazırda yaxın zamanlarda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının keçirilməsi məsələsi nəzərdən keçirilir”.

 

Manset.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.

“Təşkilata üzv ölkələrin liderləri qarşıdakı videokonfrans formatında keçiriləcək görüş zamanı KTMT missiyasının Ermənistandakı işinin nəticələrini müzakirə edəcəklər”, - deyə Zaxarova söyləyib.

Onun sözlərinə görə, tərəflər iclas zamanı İrəvana yardım göstərməyə dair birgə tədbirlərlə bağlı təklifləri nəzərdən keçirməlidirlər.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin