Binəli Yıldırımın Qarabağda qəzaya düşməsinin səbəbi bilindi - DETALLAR

22:25 - 20 Oktyabr 2022

Binəli Yıldırımın Qarabağda qəzaya düşməsinin səbəbi bilindi - DETALLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfər proqramı çərçivəsində Qarabağda olan AKP sədrinin müavini, sabiq Baş nazir Binəli Yıldırımın yol qəzasına düşməsi ilə bağlı bəzi detallar üzə çıxıb.

 

Manset.az xarici mediaya istinadən bildirir ki, Binəli Yıldırım Zəngilan Hava Limanına gedərkən yol qəzası keçirib. Qəzaya maşının ön təkərinin partlaması səbəb olub. Hadisə nəticəsində Binəli Yıldırımla yanaşı, avtomobildə olan millət vəkili Şamil Ayrım da yüngül xəsarət alıb.

Konvoydakı digər şəxslər onları avtomobildən çıxarıblar. Prezidentin sağlamlıq qrupu tərəfindən onlara ilk yardım edilib.

Səhhətləri yaxşı olan Binəli Yıldırım və Şamil Ayrım helikopterlə Bakıdakı xəstəxanaya aparılıb. Nəzarət məqsədilə onları həkimlər qrupları müşayiət edib.

Prezident Ərdoğanın da Binəli Yıldırımın sağlamlıq durumunu yaxından izlədiyi qeyd olunur.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin