Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
18 May 2024
22:18 - 19 May 2023
Elm və təhsil naziri Emin Əmrullayevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə iki ölkə arasında ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulanıb.
Manset.az xəbər verir ki, bunu Emin Əmrullayev "Twitter" hesabında yazıb.
“Mayın 19-da Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüş keçirdik. Görüşdə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari, ADA Universitetinin rektoru Hafiz Paşayev və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edirdilər.
Görüş zamanı Azərbaycanda gürcü dilində, Gürcüstanda isə Azərbaycan dilində tədris aparılan məktəblərin fəaliyyəti yüksək qiymətləndirildi, ümumi, ali təhsil və elm sahələrində əməkdaşlıq perspektivləri vurğulandı”, - o qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin