Naxçıvan Səhiyyə Nazirliyində yeni TƏYİNAT

17:38 - 23 May 2023

Naxçıvan Səhiyyə Nazirliyində yeni TƏYİNAT

Naxçıvan Səhiyyə Nazirliyinə Aparat rəhbəri təyin olunub.

 

Manset.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Vüsal Ələkbər oğlu nazirliyin Aparat rəhbəri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Vüsal Məmmədov buna qədər Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ-nin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyatı şöbəsinin müdiri, “Naxçıvansığorta” ASC-nin İdarə Heyətinin üzvü, Naxçıvan Gənclər və İdman Nazirliyində nazir köməkçisi vəzifələrində çalışıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin