Xabi Alonso "Bavariya" ilə danışıqlar aparır?

22:40 - 5 Mart 2024

Xabi Alonso

"Bayer" baş məşqçisi Xabi Alonsonun "Bavariya" ilə danışıqlar apardığı barədə xəbərlərə münasibət bildirib.

 

Manset.az Almaniya mətbuatına istinadən xəbər verir ki. klub bu məlumatları təkzib edib.

Daha əvvəl Münhen təmsilçisinin transferlə bağlı ispaniyalı ilə anlaşdığı haqda məlumat yayılmışdı. Bu xəbər Leverkuzen klubunda hiddətə səbəb olub. Məsələ budur ki, Alonso “Liverpul”la danışıqlar apararkən klub rəhbərlərini məlumatlandırsa da, bu dəfə heç bir əlaqə barədə məlumat verilməyib.

"Bayer" bu gün məsələyə aydınlıq gətirib və tərəflərin danışıqlar aparmadığını açıqlayıb. 

Lakin xəbərdəbu da bildirilir ki, ispaniyalı mütəxəssis "Liverpul", "Real" və ya "Bavariya"ya keçməyə qərar verərsə, o zaman rəhbərlik məsələyə müdaxilə etməyəcək, yalnız təzminat istəyəcək. 

Qeyd edək ki, "Bayer" "Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibidir.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin