Bakıya gələn danimarkalı fanatlara Jest

14:09 - 2 İyul 2021

Bakıya gələn danimarkalı fanatlara Jest

Danimarka Futbol Federasiyası (DFF) milli komandanın 50 sadiq azarkeşini rəsmi şəxslərlə birgə Bakıya gətirəcək.

 

Manset.az xəbər verir ki, bu haqda DFF-nin yaydığı rəsmi açıqlamada bildirilib.  Onlar federasiyanın əməkdaşları və rəsmi şəxslərinin yer aldığı xüsusi təyyarə ilə Azərbaycan paytaxtına səfər edəcəklər. Məlumatda bildirilib ki, federasiya həmin azarkeşlərə milli komandaya fəal dəstəklərinə görə bu jesti edib.

Fanatlar “Avro-2020”nin 1/4 finalının Çexiya – Danimarka matçı üçün pulsuz biletlə də təmin olunacaq.

Xatırladaq ki, Çexiya – Danimarka oyunu iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç yerli vaxtla saat 20.00-da başlanacaq.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin