Girdiman çayı Lahıcda avtomobili apardı - VİDEO

12:47 - 17 May 2022

Girdiman çayı Lahıcda avtomobili apardı - VİDEO

İsmayıllı rayonunun Lahıc qəsəbəsin​də avtomobil çayda batıb.

 

Manset.az “Qafqazinfo”ya istiadən xəbər verir ki, Girdiman çayı Zərnava kəndi istiqamətində hərəkət edən “UAZ” markalı avtomobili aparıb.

Hadisə vaxtı avtomobildə olan şəxslər xilas ola bilsələr də, yolsuzluq şəraiti üçün nəzərdə tutulmuş maşın tamamilə yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, 800 nəfərdən çox əhalisi olan Zərnava kəndinə yay mövsümündə yolsuzluq üçün nəzərdə tutulmuş avtomobillərlə, qış mövsümündə isə 8 km məsafədə atla və ya piyada getmək mümkündür. Piyadalar kəndə gedərkən Girdiman çayı üzərində olan məşhur asma körpüdən istifadə edirlər.


Xəbər xətti

17 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin